"Maşın" şouda dalaşan Oqtayla Sərxan barışdı - Video

"Maşın" şouda dalaşan Oqtayla Sərxan barışdı -  Video
987 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Oqtay Kamillə aparıcı-aktyor Sərxan Kərəmoğlu barışıb.

Axşam.az-ın məlumatına görə, tanınmışlar arasında qalmaqal "Maşın" şousunda yaşanmışdı. Oqtay onu oyundan uzaqlaşdıran Sərxanın ünvanına sərt sözlər demişdi.

"Hər şey daxil" verilişinə qonaq olan meyxanaçı Sərxanla bir müddət əvvəl telefonla danışdıqlarını bildirib.

Digər barışıq addımı isə Kərəmoğludan gəlib. O, proqrama video göndərərək aralarındakı buzları əritməyə çalışıb:

"Dalaşan dalaşana can demir. Amma dərinə getməyim. Gərək olmayaydı, olan oyunda qaldı. Çəkişməsən bərkiməzsən... Ümid edirəm ki, hər şey yaxşı olacaq. Kinim yoxdur".