Beren Saatın Hazalın toyuna qatılmama səbəbi bəlli oldu

Beren Saatın Hazalın toyuna qatılmama səbəbi bəlli oldu
3719 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Beren Saatın həmkarı Hazal Kayanın toyuna qatılmama səbəbi bəlli olub.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisanın toyuna Selçuk Yöntem, Zerrin Tekindor, Kıvanç Tatlıtuğ, Baran Akbulut, Nur Fettahoğlu qatılsa da, Berenin gəlməməsi söz-söhbətə səbəb olmuşdu.

“İkinci sayfa” proqramının əldə etdiyi məlumata görə, Beren toya dəvət edilməyib. İki aktrisanın “Aşkı memnu”ya çəkildiyi dövrdə də bir-birinə qarşı məsafəli davrandıqları, sadəcə, çəkilişlər zamanı bir araya gəldikləri bildirilib.

Saat və Hazalın serial bitəndən sonra isə əlaqəni kəsdikləri iddia edilib. Digər iddia isə Berenin 2014-cü ildə toyuna Hazalı dəvət etməməsidir.