Soyuqdəymə və qripə qarşı təbii müalicə

Soyuqdəymə və qripə qarşı təbii müalicə
2835 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış aylarında soyuqdəymə halları qaçılmazdır. Bu halda ilk növbədə həkimə qəbuluna düşmək məsləhətdir. Lakin soyuqdəymə və qripə qarşı alternativ təbii yollardan da istifadə etmək olar.

Axşam.az xarici mediaya istinadən sizə soyuqdəymə və qripə qalib gəlmək üçün bir qarışım təqdim edir:

Ərzaqlar:

Yarım stəkan əzilmiş zəncəfil;
Yarım stəkan rəndələnmiş qara turp;
Yarım stəkan sarıkök;
Yarım stəkan doğranmış ağ soğan;
¼ stəkan əzilmiş sarımsaq;
2 dənə acı bibər;
2 limonun suyu və qabığı;
Alma sirkəsi;
Bal.

Hazırlanması:

Zəncəfil, turp, soğan, sarımsaq, bibər və limonu bir qaba qoyun.
Qabın ¾-ü dolacaq qədər olsun, qab dolanadək isə sirkə tökün.
Qaranlıq otaqda 2-4 həftə saxlayın.
Qarışıq hazır olandan sonra tərəvəzləri süzün və üzərinə bal töküb yeyin.