Xəbər verdiyimiz kimi, aktyor Yalçın Menteş dünyasını dəyişib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor artıq dəfn edilib.
Mərasimdə Menteşin ailəsi və sənət dostları iştirak edib.
Qeyd edək ki, mərhum sənətçi şəkər xəstəliyindən əziyyət çəkirdi və 2013-cü ildə sağ ayağı amputasiya edilmişdi.