Əsgərlikdə olan oğlundan Rozaya məktub – Foto

Əsgərlikdə olan oğlundan Rozaya məktub – Foto
4337 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin kiçik oğlu Jerar da əsgərliyə yollanıb.

Axşam.az xəbər verir ki, o, andiçmə mərasiminə qatıla bilməyən anasına məktub yollayıb.

“Ana, mən səni çox istəyirəm. Gözün arxada qalmasın. Oğlun Jerar” yazılan məktubu Zərgərli sosial media hesabında paylaşıb.

Sənətçi paylaşımına “Canım, kiçik oğlum, Jerar. Sənin ürəyinə qurban olum. Andiçmə mərasiminə gələ bilmədim, amma sən yenə də məni düşünüb, bu şeiri yazdın. Gözüm arxada deyil, vətən uğrunda adımıza layiq qulluq et. Sən və qardaşın Corcun simasında bütün əsgərləri evdə sağ-salamat gözləyirik” deyə, Roza yazıb.

Qeyd edək ki, müğənninin böyük oğlu Corc Qafarov da əsgərlikdədir. Roza Zərgərli onları uşaq evindən övladlığa götürüb.