Rəqsanədən Xatunun barışıq jestinə cavab: "Gərək üz qoyaydın..."

Rəqsanədən Xatunun barışıq jestinə cavab:  "Gərək üz qoyaydın..."
2649 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Şou news” proqramının növbəti müsahibi müğənni Rəqsanə İsmayılova olub.

Axşam.az-ın məlumatına görə, sənətçi bir vaxtlar qalmaqal yaşadığı həmkarı Xatun Əliyevanın barışıq jestinə münasibət bildirib:

“Tək Xatunla deyil, heç kəslə problemim yoxdur. O vaxt Xatungil özləri məni düzgün başa düşmədilər. Özləri etdilər, mənim heç bir günahım yox idi. Aydınlaşdırmağa çalışırdım, mənə qulaq asmadılar. İncimişdim.

Hamımız müğənniyik, bizə yaraşan bir-birimizi görəndə "salam" verməkdir. Dalaşanda da elə dalaşmaq lazımdır ki, barışmağa üz qoyasan. Mənim o yaşım deyil ki, qalmaqal edəm. Yaraşmır bizə”.