Şeyma və Acun qalmaqalı bitmir: “Hirs gedər, üz qızarar”

Şeyma və Acun qalmaqalı bitmir: “Hirs gedər, üz qızarar”
2861 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Acun Ilıcalı həyat yoldaşı Şeyma Subaşından boşanandan sonra qızı Melisanın qəyyumluğunu almışdı.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Acunun qızı ilə Şeymanın İnstaqramda foto paylaşmasına da qadağa qoyması insanlar tərəfindən birmənalı qarşılanmamışdı.

Şeyma Subaşı yaşanan hadisələrdən sonra sosial media hesabında etdiyi paylaşımla Acuna ismarış göndərib. O, İnstaqram “Story”də “Hirsin nə demək olduğunu göstərən ən gözəl foto. Əsəb insanın gözünü kor edir. Hirs gələr, göz qaralar, hirs gedər, üz qızarar” deyə, paylaşım edib.