"400 min xərclədim" - Murad Arif

"400 min xərclədim" -  Murad Arif
1345 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni və bəstəkar Murad Arif Zümrüd Qasımovanın aparıcılıq etdiyi “Avto klub” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi bir çox problemlərdən danışaraq, insanların başqalarına var-dövlətinə görə yaxşı və ya pis münasibət göstərdiyini vurğulayıb:

“Avtomobilinin markası bahalıdırsa, böyükdürsə, daha meşşan adamlar üçün vacib sayılırsan. Bu, bütün dünyada belədir. Uğurlu insan həmişə cəlbedicidir. Önəmli olan mənəvi bariyerləri maddiyata xatir aşmamaqdır. Bahalı maşın sürdüyünə görə “yekələnirsənsə”, bu, sənin cılızlığındır. Bizdə düşünürlər ki, bu insan imkanlıdırsa, deməli, ortada haram qazanc var. Bu gün zəmanətsiz dünyada yaşayırıq”.

İfaçı proqram zamanı müğənnilik sənətinin çətin tərəflərindən də söz açıb:

“Azərbaycanda sənət adamları çox pis yaşayır. Ramazan, Məhərrəmlik, may, yanvar, fevral ayları çalışmırıq. Düşünün ki, ilin yalnız 6 ayı pul qazanılan sənətdə hansı perspektivdən söhbət gedə bilər? Düzdür, pulunu yığan müğənnilər var. Amma ilə 4 klip çəkdirən Murad Ariflər neyləsin? Özümə də şərt qoymuşam ki, ucuz klip çəkdirməyəcəyəm, aranjiman etdirməyəcəyəm. Dörd ilə 200 min manat pul xərcləmişəm. Bura səhnə geyimləri, klip və 18 mahnı daxildir. Düşünün bu pulu çıxarmaq üçün nə qədər çalışmalıyam. Heç kim də söz vermir ki, siz bu ay 10 toya gedəcəksiniz. Bunu ağlamaq üçün demirəm, vəziyyətimdən razıyam”.