Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.

AzTV-nin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, müsabiqə Novruz bayramı ərəfəsində başlayacaq.

7-ci Muğam Televiziya Müsabiqəsinin münsifləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidir.

Hazırda müsabiqə iştirakçılarının seçim turu davam edir.

Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.



                 

Digər