SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 101-ci ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gedərək sənətkarın məzarını ziyarət ediblər.

Axşam.az xəbər verir ki, bəstəkarın məzarı önünə əklil qoyulub.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ictimai xadimin həyat və yaradıcılığından danışıb.  

Çıxışlarda vurğulanıb ki, Qara Qarayev yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. Onun əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir.

Mərasimdə bəstəkarın ailə üzvləri – xalq artisti Fərəc Qarayev, Züleyxa Qarayeva-Bağırova, Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi, Bəstəkarlar İttifaqı və musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



                 

Digər Xəbərlər