Məşhur xanımlarımızın yeni trendi - Pilates şou + Fotolar

Məşhur xanımlarımızın yeni trendi -  Pilates şou + Fotolar
3074 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanların ən trend idman növü pilatesdir. Daha çox qadınların müraciət etdiyi fiziki fitness sistemi yerli məşhurlardan da yan keçməyib.

Axşam.az xəbər verir ki, onların sırasında xalq artisti Aygün Kazımova, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Nura Suri, Sevda Yahyayeva, İlqarə Kazımova, aparıcılar Kamilə Babayeva, Afaq Gəncəli də var.

Məşhur xanımlarımız sosial mediada idman edərkən görüntülərini tez-tez paylaşır və olduqca diqqət çəkirlər.

Qeyd edək ki, 20-ci əsrin əvvəllərində Jozef Hyubert Pilates tərəfindən yaradılan bu idman növü zamanla bütün dünyaya yayılıb.