Ötən gün “Taksi Liza” adlı kinokomediya təqdim edilib.

Axşam.az xəbər verir ki, ekran işində baş rolları aktyorlar Fərda Amin, Xəyalə Quliyeva, Zemfira Əbdülsəmədova oynayıb.

Gecəyə qatılan aktyorlar filmdən bəhs edərək, ekran işinin ötən ilin yaz aylarında çəkildiyini və əyləncəli çəkilişlərin baş tutduğunu bildirib.

Bundan başqa, təqdimata rejissor Aqil M. Quliyev, aktyorlar Müşfiq Şahverdiyev, Taleh Yüzbəyov və başqaları qatılıb.

Film sevgilisi ilə evlənməyə çalışan və qızın atasını heç cür razı sala bilməyən Dursun adlı taksi sürücüsünün əyləncəli həyatından bəhs edir. Filmi ərsəyə gətirən isə rejissor Rövşən Ağayevdir.

Onu da bildirək ki, “Taksi Liza” Fərda Aminin son bir ayda təqdim edilən üçüncü filmidir. Ötən aydan bəri onun çəkildiyi “Qızqaçırtma 2” və “Əfsanə qayıdır” adlı filmlərdə baş rolları oynayıb.

 
 
 
 
 
 
 
 


                 

Digər