10 milyon adam Çağatayı izlədi

10 milyon adam Çağatayı izlədi
2283 dəfə oxunub
  • A-
  • A
  • A+

Çağatay Ulusoyun baş rolda olduğu “The Protector” adlı “Netflix” platformasında yer alan ilk türk serialının izlənmə rəqəmləri bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi ilk 4 həftədə 10 milyon nəfər tərəfindən izlənilib.

Serialın uğurundan sonra platforma ekran əsərinin 3-cü və 4-cü mövsümünün çəkiləcəyini də bildirib.

İkinci mövsümün detalları barədə məlumat gözlənilsə də, “Netflix”dən bildirilib ki, yeni mövsümlər 2020-ci ildə yayımlanacaq.

Qeyd edək ki, “La Casa De Papel” serialının aktyorlarının rol aldığı “Elite” serialı ilk 4 həftədə 20 milyon, İngiltərə istehsalı olan “Bodyguard” serialı 10 milyon, İtaliya istehsalı olan “Baby” serialı da 10 milyon dəfə izlənilib.