İnstaqramdan Nigar Camala sürpriz - Foto

İnstaqramdan Nigar Camala sürpriz - Foto
3488 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision 2011” qalibimiz Nigar Camalın İnstaqram hesabı təsdiqlənib.

Axşam.az-ın məlumatına görə, müğənni təsdiqlənmə üçün ötən gün sosial mediaya müraciət edib.

Bir neçə saat sonra isə ona cavab gələrək, profilinə mavi təsdiqlənmə işarəsi göndərilib. Nigar bunun üçün heç bir məbləğ ödəmədiyini, ona sürpriz olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycanda xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Sevda Yahyayeva, Günay İbrahimli, İlhamə Qasımova kimi məşhurlar İnstaqram tərəfindən təsdiqlənib.