Zümrüdlə Gülay eyni geyimdə - Fotolar

Zümrüdlə Gülay eyni geyimdə -  Fotolar
3082 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Zümrüd Bədəlova yeni fotolarını sosial media hesabında paylaşıb.
 
Axşam.az xəbər verir ki, şəkillərdə onun əynində olan leopard dərisini xatırladan paltarı bir neçə gün öncə müğənni Gülay Zeynallının geyindiyi ortaya çıxıb. Belə ki, sənətçi bu geyimdə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramına qatılıb.

Zümrüd fotolarda geyimini nə ilə tamamladığını göstərməsə də, Gülay libasını “Christian Louboutin” brendinə məxsus ayaqqabı ilə kombinasiya edib.

Maraqlısı isə odur ki, Zümrüd paltarın şəhərin məşhur mağazalardan birinə aid olduğunu qeyd edib. Gülay isə moda evində xüsusi hazırlandığını bildirib.