Müsəlman jurnalistə görə "Vogue" dərgisində qalmaqal

Müsəlman jurnalistə görə "Vogue" dərgisində qalmaqal
1649 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın "Vogue" dərgisinin fevral buraxılışında bir mövzu ətrafında qalmaqal yaşanıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, dərgidə müxtəlif mədəniyyətə məxsus olan geyim tərzləri əks olunub. Məşhur dərgi bu mövzuda səhvə yol verib. 

Məşhur müsəlman jurnalist Nur Taqurinin də fotosu "Vogue" dərgisinin yeni buraxılışında yer alıb. Amma onun adının yerinə Pakistanın məşhur aktrisası və model Nur Buharinin adı yazılıb. Taquri həmin yazını sosial şəbəkədə paylaşaraq tənqid edib. "Bu buraxılışı neçə aydır gözləyirəm. Necə məni Nur Buhari ilə səhv sala bilərsiniz?" deyə, o, paylaşımında bildirib.

"Vogue" dərgisi sosial şəbəkədə paylaşım edərək, qızdan üzr istəyib.

Nur Taquri



Nur Buhari