Vasif onu 8 kiloqram arıqladan pəhrizini açıqladı

Vasif onu 8 kiloqram arıqladan pəhrizini açıqladı
4164 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vasif Məhərrəmli 8 kiloqram çəki atıb.

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni "Ən yaxşısı" verilişində deyib. Sənətçi arıqlama sirrini açıqlayıb:

"Son 1 aydır cəfəri suyu, limon və dağ suyunu qarışdırıb hər səhər acqarnına içirəm. Gün ərzində soyutma ət, kənd toyuğu yeyirəm. Arada hinduşka kababı, dana basdırma yemək olar. 1 aydır un məmulatları, şirniyyat, yağ yemirəm. Ağ pendir kökəldir, istifadə etmirəm. Yağsız holland pendiri yeyirəm. Onun da yağlısın yesəniz, kökələrsiniz".