Nazilə "Maşın" zamanı gizli telefon işlədirmiş?

Nazilə "Maşın" zamanı gizli telefon işlədirmiş?
2321 dəfə oxunub
  • A-
  • A
  • A+
Şairə Nazilə Səfərli "Maşın" şou ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, "V element"də qonaq olan şairənin sözləri digər iştirakçıları təəccübləndirib:

"Evdən icazə almadan "Maşın"a getmişdim. Dedim, 5 gün qalıb qayıdaram. Amma adam yapışıb qalır. Hər gün evdə uşaqlar məni danlayırdı ki, gəlmirsən?".
 
Həmin an verilişin aparıcılarından və oyunun iştirakçılarından olan Ranar Musayev "18 gün bizdə telefon olmayıb, siz evlə necə danışırdız" sualına Nazilə cavab verməyib.

Səfərli daha sonra "Qalib olmaq istəmirdim. Tək dərdim Ramil Nabranla Xosenin oradan getməsi idi. Onlar gedəndə həzz aldım" sözlərini əlavə edib.