31 yaşlı model Eşli Qrem çimərlikdə fotosessiya etdirən zaman paparasilərin obyektivinə tuş gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, böyük ölçüləri ilə dünyanın ən məşhur kök modeli olan Eşli bikinidə obyektiv qarşısına keçib.
Los-Ancelesə gedən model işlə yanaşı, istirahət də edib. Sellülitlərindən və artıq ətlərindən utanmayan Eşli çimərlikdə günəş vannası da qəbul edib.