Zamirənin 2 milyonluq üzüyü müsadirə edildi - Foto

Zamirənin 2 milyonluq üzüyü müsadirə edildi -  Foto
2154 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva ilə bağlı araşdırmalar davam edir.

Axşam.az Daily Mail-ə istinadən xəbər verir ki, bu dəfə onun zinət əşyaları müsadirə edilməyə başlayıb. Belə ki, Britaniyanın Cinayətkarlığa qarşı Milli Mübarizə Agentliyi (National Crime Agency, NCA) Z.Hacıyevadan 1,1 milyon funt-sterlinq dəyərində "Cartier" üzüyünü götürüb. Müsadirə prosesi Britaniyada qəbul olunan və "McMafia" adlanan qanun çərçivəsində aparılıb. 8,9 əyyarlı üzüyün qiyməti 1 190 000 funt-sterlinq (təxminən 2 609 432 manat) dəyərindədir.

Z.Hacıyeva əgər üzüyün qanuni yolla qazanılan pulla alındığını sübut edə bilməsə, zinət əşyası ona qaytarılmayacaq.

Qeyd edək ki, 55 yaşlı Z.Hacıyeva Londondakı dünyaca məşhur və bahalı univermaq olan "Harrod's"da bir il ərzində 16 milyon funt-sterlinq məbləğində alış-veriş etməsi ilə gündəmə gəlmişdi. Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub. İki gün sonra isə o, London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb.