57 yaşlı əməkdar artistin əməliyyatdan sonrakı halı - Fotolar

57 yaşlı əməkdar artistin əməliyyatdan sonrakı halı -  Fotolar
3657 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nahidə Orucova əməliyyatdan sonra ilk dəfə fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, 57 yaşlı aktrisanın görünüşü müzakirələrə səbəb olub. Orucova başına parik taxıb. O, üzünü dartdıran zaman gicgah hissəsində yaranan kəsikləri onunla örtməyə çalışıb.

Sosial şəbəkə izləyiciləri Nahidənin gəncləşdiyini, amma çox makiyaj etdiyini bildiriblər. Bir çoxları isə onu tanımayıb, əvvəlki halının daha yaxşı olduğunu vurğulayıblar.

Qeyd edək ki, N.Orucova üzdartdırma əməliyyatı etdirib. O, eyni zamanda buxaq hissəsini də kəsdirib. Aktrisa bir neçə vaxt əvvəl isə mədəkiçiltmə etdirib, 64 kiloqram çəki atıb.