21 yaşlı tələbə efirə ətəksiz çıxdı - Video

21 yaşlı tələbə efirə ətəksiz çıxdı - Video
5702 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan "Dəb mənəm" proqramında bu dəfə də iştirakçılardan birinin geyimi tənqid olunub.

Axşam.az-ın məlumatına görə, proqrama qatılan Vüsalə adlı qız yarıçılpaq halda kamera qarşısına keçib. Belə ki, onun əynində yalnız pencək, corab və ayaqqabı olub. "Gecə klubuna gedən qız" obrazını yaratdığını deyən Vüsalənin tərzi nə münsif, nə də digər iştirakçılar tərəfindən bəyənilib.

İştirakçılardan biri onun geyimini bəyənməyərək "Sənə ətək və ya şalvar almaq istədim. Elə bil, nəyisə evdə qoyub gəlmisən" deyib.

Stilist və vizajist Elnur Həsənov isə Vüsaləni tənqid edib:

"Bir xanım, özü də artıq çəkili biri verilişə bu geyimdə gəlməz. Bu geyim tərzi müğənni və səhnə üçündür. Xahiş edirəm, bu geyimdə gəlməyin".

Qeyd edək ki, 21 yaşlı Vüsalə tələbədir. O, hüquq fakustəsində oxuduğunu, 3 ildir televiziya sahəsində çalışdığını və aktrisa olmaq istədiyini bildirib.