Şvarseneqqerin qızı ərə gedir

Şvarseneqqerin qızı ərə gedir
964 dəfə oxunub
  • A-
  • A
  • A+

39 yaşlı Kris Prett və 29 yaşlı Ketrin Şvarseneqqer nişanlanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, Prett məşhur aktyor Arnold Şvarseneqqerin qızına evlilik təklifi edib. 

"Əziz Ketrin, mənə "hə" dediyin üçün çox xoşbəxtəm. Səninlə ailə quracağım üçün çox həyəcanlıyam" deyə, Kris paylaşımında qeyd edib.

Ketrin ilk dəfə nikah masasına otursa da, prett ailəli olub və Cek adlı oğlu var. Aktrisa ilə ailəli olan Kris 8 il evli qalıb.