"Azərbaycanın səsi" yarışmasının ötən gün yayımlanan buraxılışında gözlənilməz hal yaşanıb.

Axşam.az-ın məlumatına görə, əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasındakı gərginlik canlı yayım boyunca bitməyib.

Seyidcahan çıxış edərkən yenə Dostəliyevaya söz atıb:

"Məntiqli danışığım kimisə narahat edir. Yazıq deməyəm, kimisə narahat edir. Mən mahnı bəstələmişəm. Elə insanlar var ki, güllər aldırırtlar özünə. Gedib diplom, professorluq, doktoranturalığı özləri pulla alırlar".
 
Bu zaman isə proqramın əməkdaşlarından biri onun ayağını çimdikləyib. "Görmədiniz, Kənan bəy mənim ayağımı çimdiklədi" deyə, təəccüblərini gizlətməyib.

"Kimlərsə hesab edirlərsə, mən gülü özüm alıram... Bu onların öz səviyyələridir, ucuzluğa getmirəm" deyə, Nazpəri bildirib.

Qeyd edək ki, N.Dostəliyeva bir müddət əvvəl fəlsəfə doktoru elmi adı aldığını bildirmişdi. Daha sonra onun bunu yalan dediyi ortaya çıxıb. 





                 

Digər Xəbərlər