Əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır

Əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır
4542 dəfə oxunub
  • A-
  • A
  • A+

Kəklikotu çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:

- İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir;

- beyində qan dövranını və mübadilə prosesləri yaxşılaşdırır;

- sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır;

- baş ağrıları zamanı yaxşı kömək edir;

- xroniki yorğunluqla mübarizə aparır;

- yuxunu bərpa edir;

- yaddaşı və təfəkkürü yaxşılaşdırır.

- Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər.

- Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir.