"İynəyə pul tapırdı, amma mənə kömək etmədi" - Samirə Zahid haqda

"İynəyə pul tapırdı, amma mənə kömək etmədi" - Samirə Zahid haqda
9452 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mən Zahid Sabirabadlının ailəsinə kömək etməyəcəyəm".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı İnstaqram hesabında deyib. Canlı yayımda fikirlərini söyləyən ifaçı bunun səbəbini də açıqlayıb:

"Heç kimə kömək etməyəcəm. Qoy, mənə qəddar desinlər, pis desinlər. Allah rəhmət eləsin. Amma neyləyib Zahid mənim üçün. Həmin vaxt bir yerdə toyda idik. Bilirdi mənim övladım nə vəziyyətdə idi. Zahid mənə kömək etmədi. Amma iynəyə pul tapırdı. Mən də onun ailəsinə kömək etməyəcəyəm. Heç kəs inciməsin. Belə də ki, istəyirlər incisinlər!”.