Bir ay öncə aparıcı və prodüser Acun İlıcalıdan boşanan Şeyma Subaşının daha sonra fransalı dicey Quido ilə səmimi fotoları yayılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəkillərdən sonra ikilinin eşq yaşadığı iddia olunub.

Məsələ ilə bağlı Şeyma danışmasa da, amma Quido açıqlama verib. O, "Subaşı ilə sevgilisiniz" sualına verdiyi cavabla hər kəsi çaş-baş salıb. Dicey "Kim bilir. Hər şeyi qismətə buraxaq" deyərək xəbərləri qismən də olsa, təsdiqləyib.

Qeyd edək ki, Acunla Şeyma 14 il birlikdə olduqdan sonra 2017-ci ildə nikah masasına oturub. Cütlük xəyanətə görə bir müddət əvvəl boşanıb. Onların Melisa adl bir qızı var.



loading...


                 

Digər