"Aygün və Röya ilə qəti duet oxumaram" - Xalq artisti

"Aygün və Röya ilə qəti duet oxumaram" -  Xalq artisti
2047 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Teymur Mustafayev (Teymur əmi) "5/5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal muğam ifaçısına "Aygün Kazımova, Röya, Damla - hansı ilə duet oxuyardınız" sualını ünvanlayıb. Teymur əmi isə ona etiraz edib:

"1964-cü ildə Nəzakət Məmmədova ilə oxudum, möhrün qoydum. Heç biri ilə, qəti oxumaram. Heç nədən qorxmuram".

Zaurun "Brilliant Dadaşova ilə Mirzə babyev duet oxudu, pis idi?" sualına Teymur əmi "Gərək hər kəs öz babını tapsın. Onlar estrada oxuyan idi, onlara olar. Mən xalq üslubunda oxuyuram, mənə olmaz" cavabını verib.