Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı Zahiddən yazıb.

Axşam.az-ın məlumatına görə, o, həyat yoldaşı ilə birlikdə çəkilən fotolardan hazırlanan videonu paylaşaraq bu sözləri yazıb:

"Ay başımın tacı Zahid, axı mənə təsəllini sən verirdin. Niyə belə sürpriz etdin? Bəlkə də məni qınayanlar olacaq. Vallah özümdən asılı deyil. Ay Allah, sənə qurban olum, bu nə ağır yol imiş, dözə bilmirəm. Bu gediş nə dəhşət oldu?

Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə heç vaxt vəfasızlıq etməzsən axı. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram”.



                 

Digər Xəbərlər