Milyarderin dediyini elədilər - Bir addıma 1 milyon qazandılar

Milyarderin dediyini elədilər - Bir addıma 1 milyon qazandılar
1890 dəfə oxunub
  • A-
  • A
  • A+
Yaponiyalı iş adamı Yusaku Maezava dünya gündəminə səs salıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Tvitter paylaşımında onu təqib edib tvitini "retvit" edən 100 adama toplam 100 milyon yen (təxminən 1 milyon 550 min AZN) verib.

Yanvarın birində paylaşım edən Yusaku ötən gün qaliblərin adını açıqlayıb. Onun paylaşımı 5,4 milyon "retvit" edilərək rekord qırıb.

Qeyd edək ki, milyarder bundan əvvəl də adından söz etdirib. O, Elon Maskın "SpaceX" raketinin Aya uçacağı səyahətə ilk bilet alan şəxs olub.