Maykl Ceksonun qohumları onunla bağlı filmə etiraz edib

Maykl Ceksonun qohumları onunla bağlı filmə etiraz edib
596 dəfə oxunub
  • A-
  • A
  • A+

2009-cu ildə dünyasını dəyişən Maykl Ceksonun qohumları müğənni ilə bağlı yayılan pis xəbərlərdən təngə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə onları əsəbiləşdirən mərhumla bağlı çəkilən "Leaving Neverland" adlı film olub. Yanvarın sonunda təqdim ediləcək ekran işində Ceksonla bağlı yanlış xəbərlər lentə alınıb.

Burada onun 7 və 10 yaşlı uşaqla cinsi əlaqədə olduğu bildirilib. Bu hadisə bir neçə il davam edib. Sənədli filmdə həmin şəxslər 30 il əvvəl ondan seksual təcavüz gördüklərini bildiriblər.

Qohumları ekran işini ərsəyə gətirənlərin Ceksonun adından çirkli pullar qazanmaq istədiklərini bildiriblər. Onlar belə kadrların silinməsini tələb edirlər.