Aparıcı-aktrisa Xəyalə Quliyevanın "5-ci element" verilişinin çəkilişi zamanı lentə alınan videosu yayılıb.

Axşam.az-ın məlumatına görə, görüntüdə "Maşın" şounun qalibi olan aktrisanın avtomobilini hələ də ala bilməməkdən gileyləndiyi yer alıb.

Xəyalə "Atam, hələ də maşınımı vermirlər ey" deyə, bildirib.

Qeyd edək ki, şou dekabrın 31-də başa çatıb və qalib elan olunub. 17-ci buraxılışda Ranar Musayevlə Xəyalə finala qalmışdı.

Xatırladaq ki, 16-cı buraxılışda qalib olan müğənni Roza Zərgərlinin də imtina etdiyi avtomobilin bu buraxılışda taleyi həll olunacağı bildirilsə də, o haqda oyun boyunca heç bir məlumat verilməyib.



loading...


                 

Digər