"Onun başını tapdalayaram" - Kərim hədələdi

"Onun başını tapdalayaram" -  Kərim hədələdi
1612 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mənim üçün qadının, kişinin fərqli yoxdur. Mənim xətrimə dəyənin niyə mən cavabını verməyim? Hər kəs həddini bilməlidir. Haqqımı tələb edən olmuşam. Nahaq söz qəbul etmirəm, etməyəcəm də".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov "Ulduzlu payızım" verilişində deyib. Sənətçi şou-biznes nümayəndələrini hədələyib:

"Şou-biznesdə göbələk deyiləm. Kimsə gəlib məni tapdalayıb keçsin? Onun başını tapdalayaram. Dilim varsa, dilçəyim də var. Kimsə məni bəyənmirsə, özü bilər, zövqünə hörmətlə yanaşıram. Amma heç kim artıq-əskik söz deyə bilməz. Ali savadım var, bəstəkarlıq edirəm".