Dünyanın ən zəngin cütlüyü boşanır - Fotolar

Dünyanın ən zəngin cütlüyü boşanır - Fotolar
1432 dəfə oxunub
  • A-
  • A
  • A+

"Forbes" jurnalının "Dünyanın ən zəngin kişisi" olaraq adlandırdığı ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos və xanımı Makkenzi Bezos boşanmaq qərarına gəliblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 ildir evli olan cütlük bu barədə Tvitterdə yazıb:

"Həyatımıza dost olaraq davam etmək qərarına gəldik. Bir-birimizi tanıdığımız üçün inanılmaz dərəcədə şanslıyıq. Evli qaldığımız hər bir il üçün bir-biimizə minnətdarıq. 25 ildən sonra ayrılacağımızı bilsəydik belə, yenə də evlənərdik".

Qeyd edək ki, Ceff və Makkenzi 1993-cü ildə ailə qurublar. Onların 3 oğlu və Çindən övladlıq götürdükləri bir qızı var. Bezosun sərvəti 160 milyard dollardır.