Parisin ilk çılpaq restoranından gözlənilməz qərar - Fotolar

Parisin ilk çılpaq restoranından gözlənilməz qərar - Fotolar
8574 dəfə oxunub
  • A-
  • A
  • A+

2017-ci ildə Fransanın paytaxtı Parisdə ilk dəfə fəaliyyətə başlayan nudist (insanların çılpaq formada hərəkət etməsi) restoran gözlənilməz qərar qəbul edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, restoran artıq fəaliyyətini dayandırıb. Buna səbəb isə ilk açılışda böyük-səs küy yaradan məkanın sonradan müştəri sayının az olmasıdır.

Əkiz qardaşların açdığı bu restorana yalnız 20 yaşdan yuxarı insanlar gələ bilərdi. Məlumata görə, hər insanın cəsarət edib çılpaq soyuna bilməyib.

Belə ki, restorana girərkən bütün paltarları soyunmaq lazım olub. Kişilərə yalnız corab, qadınlara isə təkcə ayaqqabıda qalmağa icazə verilib.

İçərisi görünməsin deyə kənarları xüsusi örtüklə örtülü olan məkanda yalnız işçilər paltarda gəzib.