Türkiyənin Bursa şəhərində yaşayan 6 yaşlı Kayra Emir Polat adlı uşaq gözləri ilə hər kəsin diqqətini çəkib.

Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, milyonda bir görülen "İris kolobomu" (Göz bəbəyində defekt) xəstəliyi ilə dünyaya gələn Kayra gecələr daha yaxşı gördüyünü bildirib.

"Pişik gözlü uşaq" kimi çağrılan Emir gecə qaranlığını işıq varmış kimi gördüyünü söyləyib. Evin böyük oğlu olan Polatın özündən kiçik qardaşı var. Lakin onda belə bir xəstəlik yoxdur.

Emirin atasının sözlərinə görə, oğlunun şəklini sosial şəbəkələrdə görən insanlar çoxlu şərhlər yazırlar. Bundan başqa, qeyri-adi gözə malik olan Kayranın bir çox markaların diqqətini çəkdiyi vurğulanır.





loading...


                 

Digər