Məşhurlar ilin ilk konsertində bir araya yığışdılar - Fotolar

Məşhurlar ilin ilk konsertində bir araya yığışdılar -  Fotolar
2662 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesin tanınmış simalarının iştirakı ilə konsert proqramı baş tutub. 

Axşam.az-ın məlumatına görə, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən gecənin təşkilatçısı iş xanımı Leyla Misirova olub. O bildirib ki, konsertin bilet satışından əldə olunan məbləğ xeyriyyə məqsədilə sərf ediləcək. L.Misirova bunun sonuncu konsert olmayacağını, davamlı keçiriləcəyini qeyd edib.

Rejissorluğunu Nail Naiboğlunun etdiyi ilin ilk konsertində Xalq artistləri Arif Quliyev, Məleykə Əsədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, müğənnilər Elnarə Xəlilova, Dilarə Kazımova, Emil Bədəlov, İradə Mehri, Niyam Salami, Rüfət Axundov və başqaları mahnılar səsləndiriblər.

Foto: İlqam CƏBİYEV