30 yaşdan sonra dəriyə belə qulluq edin

30 yaşdan sonra dəriyə belə qulluq edin
2276 dəfə oxunub
  • A-
  • A
  • A+
30 yaşdan sonra qırışlar daha nəzərəçarpan olur və onlarla mübarizə tamam başqa mərhələdə gedir. Bu yaşda dəriyə artıq yetərli miqdarda hasil olunmayan gilauron turşusu lazımdır. Kosmetik vasitələrin istehsalı üçün onu təbii materiallardan alırlar.

Axşam.az xarici mediaya istinadən bəzi tövsiyyələr haqda məlumat verir:

1. Əgər yatmazdan əvvəl çoxlu maye içilməzsə, üz şişkin görünməyəcək;

2. İmkan daxilində ayda 1 dəfə kosmetoloq yanına getmək lazımdır, belə ki, bu yaşda dəriyə peşəkar qulluq olduqca mühümdür;

3. Müdafiə xarakterli kremdən müntəzəm istifadə mütləqdir, özü də kollagen hasil edən vasitələrə üstünlük vermək lazımdır;

4. Qidalandırıcı krem quru və olduqca quru dəri üçün zəruridir. Onun tərkibində A, E, C, F vitaminləri olmalıdır;

5. Üz üçün zərdablardan istifadə mütləqdir, onları yalnız kremlə birgə işlətmək lazımdır. Zərdabların tərkibində epidermisin dərin qatlarına keçə bilən bioloji fəal komponentlərin konsentrasiyası güclüdür. Onlardan ildə iki dəfə – yaz və payızda istifadə etmək tövsiyə olunur;

6. Həftədə 2 dəfə tərkibinə elastin, kolagen, vitamin В, A və E, turşular və minerallar daxil olan təmizləyici, bərpaedici, təravətləndirici və nəmləndirici maskalar etmək məsləhətdir. Kombinə edilmiş dəriyə qulluq zamanı eyni zamanda iki növ maskadan – yağlı və quru dəri üçün nəzərdə tutulmuş vasitələrdən istifadə etmək olar. Cavanlaşdırıcı maskalar 2 həftədə 1 dəfədən çox olmamaq şərtilə həyata keçirilir;

7. Gözlərin ətrafındakı dəriyə qulluq mütləqdir, belə ki, yaşla bağlı dəyişikliklər, hər şeydən öncə, gözlərin altında nəzərə çarpan olur. Vasitəni konkret problemə uyğun seçmək lazımdır. Məsələn, tutqun torbaların və şişkinliyi aradan qaldırmaq üçün liftinq effektli krem məsləhətlidir;

8. Yatmazdan öncə dəriyə krem çəkmək düzgün deyil, əks təqdirdə səhərisi gün üz şişkin görünəcək.