24 yaşlı yutuber Julia Zelg 61 yaşlı həmcinsinə evlilik təklif edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı fenomen sevgilisi ilə 4 aydır eşq yaşayır.
İkili açıqlamalarında bu qərar üçün hələ tez olduğunu, lakin bir-birini yaxşı tanıdıqlarını vurğulayıblar:
“Biz sadəcə düşünmədən hərəkət etmirik. Hər şey haqda danışmışıq. Birlikdə yaşamağa yaxşı səbəblərimiz var. İkimiz də xoşbəxtik”.