Türk model Bakıya gəlir: "Böyük və yaşıl gözlərimdən utanırdım" - Fotolar

Türk model Bakıya gəlir: "Böyük və yaşıl gözlərimdən utanırdım" - Fotolar
3063 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli gənc model Nur Korkmaz Azərbaycana səfərə hazırlaşır.

Axşam.az xəbər verir ki, dünyanın onlarla ölkəsini gəzərək fotolar çəkdirən cazibədar modelin növbəti səfəri qarşıdakı aylarda Bakıya olacaq. Nur Korkmaz qeyd edib ki, o, Azərbaycana tanınmış sənətçi dostlarının dəvəti ilə gələcək:

“Mən qardaş ölkə Azərbaycanı çox sevirəm. Azərbaycandan çoxlu izləyicilərim var. Bakıda yaşayan dəyərli sənətçi və blogger dostlarımın dəvəti ilə sizin gözəl şəhərinizə səfərə gələcəm. Sosial mediada izləyicilərimin böyük əksəriyyəti səyahəti sevən gənclərdir. İstəyirəm ki, Bakının gözəlliyini əks etdirən çoxlu fotolar çəkdirim”.



Siyasət ixtisası üzrə təhsil alan model bu sahəyə gəlişinin maraqlı tarixçəsindən də danışıb:

“Mən siyasət fakültəsindən məzunam. Lakin, 13 yaşımdan modelliyə, səyahət etməyə böyük maraq hiss edirəm. Məktəb illərində böyük və yaşıl olan gözlərimdən utanırdım, kompleks keçirirdim. Ancaq sonradan həyatımı dəyişdirən məhz gözlərim oldu”.

Yaponiyanın paytaxtı Tokioda yaşayarkən tam bir təsadüf nəticəsində texnologiya sahəsində zirvədə olan bir şirkətin siması seçilən Nur Korkmaz, sonradan 177 sm boyu və zərif görünüşü ilə tanınmış Amerika markalarının da diqqətini çəkib. Amerikanın CHİ adlı şampun markasının siması olan Nurun sosial mediada əsasən gəncləri əhatə edən böyük və aktiv izləyici kütləsi var. ( instagram.com/nurkorkmazz_ )

“Azərbaycan mənə doğma ölkədir. Buradan müxtəlif markalardan və ya qurumlardan təkliflər olarsa, məmnuniyyətlə dəyərləndirməyə hazıram”- deyə N.Korkmaz bildirib.