"Çalışırıq "mama-papa" söhbəti etməyək" - Fotolar

"Çalışırıq "mama-papa" söhbəti etməyək" -  Fotolar
2459 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, "Maşın" şounun iştirakçıları media nümayəndələri ilə bir araya gəliblər.

Axşam.az-ın məlumatına görə, iştirakçılar jurnalistlərin suallarını cavablandırıblar.

Dilarə Kazımova bildirib ki, qalmaqal yaratmamağa çalışırlar:

"Dava etmirik, qışqırmırıq, amma oyunumuzu oynayırıq. Səmra mənim, mən isə Səmranın hədəfi deyil. Bu, mübarizədir, niyə əlimi çəkim? Adamlar düşünür asan şeydi. 7 saat maşın arxasında dayanırıq. Fəxr edirəm ki, dava etməmişik. Ən sakit "Maşın" şoudur bu. Biz mehribanıq, hamını da mehriban yola salırıq".

Ranar Musayev maşın ətrafında dayanmağın heç də asan olmadığını söyləyib:

"Əl çəkmək emosiyadan asılıdır. Hələ heç bir halda əlimizi çəkmərik. Burada durmaq asan iş deyil. Şou özü də davanı istəmirdi. Sırf qalmaqal istəsəydi, mənim sosial şəbəkədəki "səviyyəsizliyə stop" kampaniyama görə çağırmazdılar. Deməyin ki, dava yoxdursa, bu şou digərlərindən zəifdir. Qardaş dediyim insanlar məni 3 qəpiyə satıblar. "Maşın" şouya gəlməyimin səbəbi də elə dost xəyanətidir.
 
Biz burada Murad Dadaşovla heç bir əlaqədə olmuruq. Hətta qrim otağında hazırlaşırıq, sonra oranı boşaltmalıyıq ki, Murad müəllim gəlsin".

Ramil Nabran isə söhbət zamanı ötən oyunda yarışan Roza Zərgərli və Hüseyn Əzizoğluna söz atıb:

"Bundan əvvəlki "Maşın"da "mama-papa", şəxsiyyət söhbəti var idi. Çalışırıq elə olmayaq, MTRŞ bizi danlamasın, efir mədəniyyətini qoruyaq. Biz burada keçmişin çirkini təmizləyirik. Nəzarət edirik, bəzən mənimlə Sərxanla alınmır". 

Səmra Rəhimli isə "İzləyici kimi baxanda deyirdim 2 saat dayanmağa nə var? Amma 6-7 saat dayanırıq burada. Burada insanları daha yaxından tanıyırsan. Bir gün 1 aya bərabərdir" sözlərini söyləyib.

Foto: İlqam CƏBİYEV