Mədəniyyət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edildi - Fotolar

Mədəniyyət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edildi - Fotolar
1089 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 21-də prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, mərasim əsaslı təmir və yenidənqurmadan sonra yeni istifadəyə verilmiş Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunda təşkil edilib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir: “Mədəniyyət işçilərinə göstərilən qayğı bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz bu gün dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub”.

Sonra mükafatlar sahiblərinə təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” və “Əmək” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” adları və “Tərəqqi” medalı ilə təltif olunanlara fəxri adların nişanı və vəsiqələri təqdim olunub.

Mərasimdə həmçinin nazirliyin döş nişanlarına layiq görülən şəxslər də təltif edilib.