"Sən canavarsan, mən ovçu Pirim" - Aktyor əsəbiləşdi

"Sən canavarsan, mən ovçu Pirim" - Aktyor əsəbiləşdi
3868 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər buraxılışı yadda qalan "Maşın şou"nun kadr arxası görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, videodan da göründüyü kimi, aktyor Allahverdi Yolçuyev və şairə Nazilə Səfərli söz savaşına çıxıb. Belə ki, Nazilə Sərxan Kərəmoğluna üzünü tutaraq bildirib ki, ötən gün Oktay Kamil getməli idi deyə onun üçün tamaşaçılardan səs istəyib.

Bu vaxt Yolçuyev üzünü Səfərliyə tutub və deyib:

"Bu xanımdan burada hamı qorxur, amma mən heç vaxt qorxmamışam. O danışır, siz də qulaq asırsız. Siz canavarsız, amma mən də ovçu Piriməm. Gülləmə tuş gəlməyin, vəssalam".

Cavabında isə Nazilə deyib ki, o, səsverməyə çıxmaq və özünü yoxlamaq istəyir:

"Görüm, mən bu yekə-yekə danışmağın doğurdandır, yoxsa, yalandan? Qızlar şahiddir, səhər hansı proqnozu qoydum, gecə o da oldu".