Röya ilə "Fəlakət" barışdı - Foto

Röya ilə "Fəlakət" barışdı -  Foto
2860 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Röya Ayxanla "Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov barışıb.

Axşam.az-ın məlumatına görə, onların birlikdə çəkdirdiyi şəkil İnstaqramda paylaşılıb. Elşən yerləşdirdiyi fotoya "Başqa nə var, nə yox" sözlərini yazıb.

Qeyd edək ki, bir vaxtlar yaxın dost olan Röya və Elşən uzun müddət küsülü idilər. Röya hətta aktyorun toyuna da getməyib.

Röya açıqlamasında küsülü olmaları haqda “Elşənlə danışmırdım. Dedim ki, konsertimdə olmasan, səni səhnədən qovacam” sözlərini demişdi.