Nazilədən gözlənilməz addım

Nazilədən gözlənilməz addım
5933 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də "Hind kinosu" devizi ilə yayımlanan "Maşın" şounun budəfəki buraxılışında sms səsverməsinə şairə Nazilə Səfərli çıxıb.

Axşam.az-ın məlumatına görə, Nazilə verilişdə səs topladığı təqdirdə hansı iştirakçını çıxaracağını açıqlamayıb.

Şairə 50,72 faiz səs yığaraq verilişdə qalıb və yarışmadan heç kəsi uzaqlaşdırmayıb.

Qeyd edək ki, bu gün verilişdən əməkdar artist Rühəngiz Allahverdiyeva çıxıb. Buna səbəb isə sənətçinin maşından əlini götürməsi olub.

Hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.