CVN TV - də kütləvi istefalar - Ülviraya görə işdən çıxdılar

CVN TV - də kütləvi istefalar -  Ülviraya görə işdən çıxdılar
5597 dəfə oxunub
  • A-
  • A
  • A+
İnternetdə yayımlanan "CVN TV"də (Cavan TV) bir neçə işçi öz ərizəsi ilə işdən çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda kanalın əməkdaşı Günel Xəzəl sosial şəbəkədə yazıb. O, işçilərin kanalın baş prodüseri Ülvira Qarayevaya görə belə addım atdıqlarını bildirib:

"Mən də daxil olmaqla səkkiz nəfər dünən işdən çıxdıq. Daha dözə bilmədik. 14 dekabr tarixindən CVN televiziyasının 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk edib.

Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub. Oxşar səbəblərə görə, bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib".