Natiq Əliyevin nəvəsi Rusiyada qalib oldu - Video

Natiq Əliyevin nəvəsi Rusiyada qalib oldu -  Video
3876 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada uşaqlar arasında keçirilən "Во весь голос" yarışması başa çatıb.

Axşam.az-ın məlumatına görə, mahnı müsabiqəsində mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə Əliyeva da iştirak edib. Ötən gün finalı olan yarışmada Aliyə birinci seçilib.

"Мир 24" kanalında yayımlanan yarışda Aliyənin rəqibləri Rusiya, Ermənistan, Moldova, Latviya, Qazaxıstan, Belarus və başqaları olublar. Aliyə 192 bal toplayıb.

Emil Qədirovun təşəbbüsü ilə yaradılan qrupun tərkibində Aliyə ilə yanaşı başqa ifaçılar da yer alıblar.

Qeyd edək ki, Aliyə N.Əliyevin oğlu Fərhad Əliyevin ilk nikahından olan qızıdır. F.Əliyev hazırda Safurə Əliyeva ilə ailəlidir.