Qalmaqaldan sonra ilk dəfə bir araya gəldilər, söz savaşına çıxdılar

Qalmaqaldan sonra ilk dəfə bir araya gəldilər, söz savaşına çıxdılar
3441 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan qalmaqaldan sonra ilk dəfə ötən gün "Azərbaycanın səsi"ndə üz-üzə gəliblər.

Axşam.az-ın məlumatına görə, müğənnilər münsif kürsüsündə yanyana oturublar. Müğənnilər arasındakı söz savaşı veriliş boyunca davam edib.

Hətta Seyidcahan tələbələrə irad bildirərkən Dostəliyeva onun sözlərini kəsərək, etirazını bildirib. Onun "Gələcəyə heç kim nəsə deyə bilməz. Kim harda və necə oxuyacaq bilmirik. Heç kim dünyaya gələn kimi "Eurovision"a qatılmayıblar" sözlərini deyib.

Elza onun bu hərəkətinə əsəbiləşib və "Başqası fikir deyəndə müdaxilə etmədim, başqası da mənə müdaxilə etməsin. Mən öz sərhədimdə oturmuşam. Cənub-Şərq, Şimal-Şərq mənə məxsusdur. Beş ildir qalibəm, yenə qalib olacam. Özlərinə sərhəd çəkiblər, otursunlar yerlərində. Onlara müdaxilə etmirəm" cavabını verib.