Di Kaprio illərdir həsrətində olduğu "Oskar"ını geri qaytarır

Di Kaprio illərdir həsrətində olduğu "Oskar"ını geri qaytarır
1885 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Leonardo Di Kaprio 2016-cı ildə "The Revenant" ("Sağ qalmış") filmindəki roluna görə aldığı "Oskar"ı geri qaytarmaq məcburiyyətində qalıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb mükafatın aktyora məşhur iş adamı Jo Loun tərəfindən verməsi olub. Belə ki, adı korrupsiyada hallanan biznesmenin bütün malları müsadirə olunduğundan onun vaxtı bəxş etdiyi bahalı hədiyyələrdən də geri alınıb.

Qeyd edək ki, hazırda həbs olunan Jo filmin sponsorlarından biri olub və o, mükafatı hərracda alıb. O, dünyasını dəyişmiş Merilin Manronun makafatına 600 min dollar verərək götürüb və onu Di Kaprioyaya hədiyyə edib.

O da bildirilir ki, iş adamı təkcə Leonardoya deyil, Miranda Kerrə də bahalı piano bağışlayıb. Amma onun da hədiyyəsi geri götürülüb.