Verdiyi sözü tutmadı - Onu "Maşın"sız qoydu

Verdiyi sözü tutmadı - Onu "Maşın"sız qoydu
4913 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də "Hind kinosu" devizi ilə yayımlanan "Maşın" şounun ilk buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktyor Sərxan Kərəmoğlunu sms səsverməsinə çıxarıblar.

Sərxan verilişdə səs topladığı təqdirdə çıxaracağı iştirakçı ilə hamını şoka salacağını söyləyib.

Sonda Kərəmoğlu 56,33 faiz səs yığaraq verilişdə qalıb və yarışmadan meyxanaçı Oktay Kamili uzaqlaşdırıb.

Qeyd edək ki, veriliş boyu Oktay Sərxanın onu çıxaracağını desə də, amma Kərəmoğlu "Kişi kimi söz verirəm sənin adını çəkməyəcəm" demişdi.

Xatırladaq ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov davam etdirir.